"Çelsi" rəhbərliyi ispaniyalı mütəxəssis Xabi Alonso ilə görüş keçirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Təyinatla bağlı yekun qərarın tezliklə veriləcəyi gözlənilir.
Klub yeni baş məşqçi tapmaq üçün fəal şəkildə çalışır və adı dünya çempionatından əvvəl açıqlamağı planlaşdırır. Potensial məşqçilər siyahısında Alonso ilə yanaşı, "Bornmut"un məşqçisi Andoni İraola, Oliver Qlasner ("Kristal Pelas") və Marko Silva ("Fulhem") da var.
Qeyd edək ki, Alonsonun baş məşqçi kimi son klubu "Real" olub. O, komandaya 2025-ci ilin iyunundan 2026-cı ilin 12 yanvarına qədər rəhbərlik edib. Alonso Madrid klubunda çalışdığı müddətdə komanda ilə 28 oyunda 20 qələbə qazanıb, 3 heç-heçə edib və 5 dəfə məğlub olub.













