16 May 2026, 12:42
FUTBOL
"Mançester Siti" futbolçusu Haland norveçli rejissor Harald Zvartın "ViQueens" cizgi filmində Haland adlı vikinqi səsləndirəcək.
Matc.az xəbər verir ki, Zvart Halandın qüdrətli döyüşçü obrazı üçün mükəmməl seçim olduğunu bildirib.
Film, İpək Yolu boyunca buzlu fyordlardan keçərək Norveçdən Çinə səyahətə çıxan vikinq qızı Hedviq və İnqriddən bəhs edir. Onları isə Rita Ora və Ella Purnell səsləndirəcək.
Filmin premyerası 2026-cı ilin sonlarında olacaq.













