16 May 2026, 11:00
FUTBOL
İtaliyanın "Fiorentina" klubu keçmiş baş məşqçisi Stefano Pioli ilə müqaviləsinin ləğv olunduğunu elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qərar məşqçi və rəhbərlik tərəfindən birgə qəbul edilib. Klub 60 yaşlı mütəxəssisə gələcək peşəkar karyerasında uğurlar arzulayır.
Stefan Pioli ötən yay İtaliya klubunda baş məşqçisi vəzifəsini icra etməyə başlayıb, lakin noyabr ayında baş məşqçi vəzifəsindən azad edilib. Bu müddət ərzində komanda ilə 14 oyun keçirib, 6 məğlubiyyət, 4 heç-heçə və 4 qələbə qazanıb.













