16 May 2026, 21:00
FUTBOL
"Bavariya" cari mövsümünün sonuncu, 34-cü turunda "Köln"ü 5:1 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, bu qələbədən sonra Münhen komandası Almaniya çempionatında bir mövsümdə vurulan qollar üzrə yeni rekord müəyyənləşdiriblər.
Bu mövsüm Vinsent Kompaninin komandası 122 qol vurub. Əvvəlki rekord da "Bavariya"ya məxsus idi. 1971/1972 mövsümündə Münhen komandası 101 qol vurub.
Qeyd edək ki, Bundesliqa çempionu olan "Bavariya" ümumilikdə 89 xal toplayıb. "Borussiya" 73 xalla ikinci, "Leypsiq" isə mövsümü 65 xalla üçüncü başa vurub.













