"Barselona"nın baş məşqçisi Hans-Dieter Flik hücumçu Robert Levandovskinin mövsümün sonunda klubdan ayrılmaq qərarına münasibət bildirib.
Matc.az xəbər verir ki, o, Levandovski kimi futbolçu tapmağın çətin olacağını deyib.
- Levandovski getsə, "Barselona" nə itirəcək?
- Onun səviyyəsində oyunçu tapmaq çətin olacaq. Bunu əvvəllər də demişəm. O, əla insandır və peşəkardır. Onun yeri bizdə görsənəcək, amma bunun öhdəsindən gələcəyik. Komandanı yenidən quracağıq.
- Levandovskinin ayrılması ilə bağlı söhbət necə keçdi?
- Söhbət yaxşı keçdi. Bütün titullarım onunla birlikdə qazanılıb. Onunla işləmək şərəf idi. O, inanılmaz bir peşəkardır. Robert həmişə ən yüksək səviyyədə idi, bədəninə qulluq edirdi. Bunu heç vaxt unutmayacağam. Levandovski gənc oyunçular üçün nümunədir. O, qərarı barədə paltardəyişmə otağında danışdı. Hamımız onun necə oyunçu olduğunu bilirik.
Qeyd edək ki, Levandovski 2022-ci ildən "Barselona"da oynayır. Flik isə 2024-cü ildən Kataloniya klubunda çalışdırır.













