Bu gün futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin cavab oyunlarına start verilib. Matc.az xəbər verir ki, günün yeganə oyununda "Dalğa" "Ulduz"la qarşılaşıb. 
 
Görüş "Dalğa"nın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda da 3:1 hesabı ilə qalib gələn "Dalğa" növbəti mərhələyə yüksəlib.
 
Bu mərhələnin qalan oyunları 17, 18 və 19 yanvar tarixlərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest