Azərbaycan millisi Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün Farer adalarını qəbul edəcək. Matç.az saytının məlumatına görə, komandamız qarşılaşmada dəstəksiz qalmayacaq.

Görüşün startına bir saatdan az vaxt qalsa da, Bakı Olimpiya Stadionuna axın davam edir. Bir qrup azarkeş isə bir araya gələrək BOS-a doğru yürüyüş edir. Aralarında "Qarabağ", "Neftçi" və digər Premyer Liqa klublarının fanatları olan azarkeşlər müxtəlif şüarlarla arenaya doğru irəliləyir.

Qeyd edək ki, 21:00-da start götürəcək Azərbaycan - Farer adaları matçına 20 mindən çox azarkeşin gəlməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest