Milliləşən legioner rəsmi oyunlarda ən çox qol vuran futbolçu statusuna yiyələnib. Millətlər Liqasının hazırda davam edən Farer adaları ilə görüşdəki qol Nazarovun 6-ci uğuru olub.

Dmitri Nazarov Azərbaycan millisinin tarixinə düşüb. Matç.az saytı xəbər verir ki, milliləşən legioner rəsmi oyunlarda ən çox qol vuran futbolçu statusuna yiyələnib.

Millətlər Liqasının hazırda davam edən Farer adaları ilə görüşdəki qol Nazarovun 6-ci uğuru olub. O, hesabı açdığı görüşədək rəsmi xarakterli oyunlarda 5 dəfə rəqib qapısına yol tapmışdı.

6-cı qoluna sevinən Nazarov yığmada mütləq rekorda sahib çıxıb. O, bu matçadək özü ilə eyni sayda, 5 qol vuran şəriklərini - baş məşqçisi Qurban Qurbanov və Vaqif Cavadovu arxada qoyub.

Qeyd edək ki, Dmitri ümumilikdə millidə 8 qol vurub. O, yalnız Qurbanov (14) və Cavadovdan (9) geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest