Futbol üzrə Fransa Liqa Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
Öncə Lion “Olimpik”i ilə “Lill” üz-üzə gəlib. Bu komandalar əsas vaxtda qalibi müəyyənləşdirə bilməyiblər – 2:2. Bu üzdən də qalib penaltilər seriyasında bəlli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən lionlular finala yüksəliblər.
 
Digər finalçının adına “Reyms” – PSJ matçında aydınlıq gəlib. Paris təmsilçisi bu oyunda darmadağınla qalib gələrək, finala yüksəlib.
 
Beləliklə, aprelin 4-də keçiriləcək final görüşündə PSJ ilə “Lion” qarşılaşacaq.
 
Fransa Liqa Kuboku
Yarımfinal
21 yanvar
 
Olimpik (Lion) – Lill 2:2 (penaltilər 4:3)
 
22 yanvar
 
Reyms – PSJ 0:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest