"Liverpul"un baş məşqçisi Yurgen Klopp geyimi ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis  belə şeylərə çox da önəm vermədiyini qeyd edib.

"İngiltərədə bir çox insanın kostyum geyindiyini bilirəm. Açığı, heç kimə hörmətsilzik etmək istəmirən. Ancaq mən doğru vaxtda, doğru yerdə kostyum geyinməyi sevirəm. çünki mənim üçün önəmli olan oyundur. Nə geyindiyimi düşünməyə çox da vaxtım olmur" – deyə, Klopp bildirib.

Qeyd edək ki, təcrübəli mütəxəssis hər zaman komandasının oyununu idman geyimində izləyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest