Türkiyə çempionu "Qalatasaray" müdafiəçisi Emre Taşdemiri icarəyə verib. Matc.az xəbər verir ki, gənc futbolçu mövsümün qalan hissəsini "Kayserispor"da keçirəcək.
 
Bu barədə hər iki klubun mətbuat xidmətləri məlumat yayıb. Tərəflər mövsümün sonuna kimi anlaşıblar.
 
"Kayserispor" yarım mövsümlük icarə haqqı olaraq "Qalatasaray"a 600 min TL vəsait ödəyəcək. üstəlik, icarə müddətində futbolçunun bütün məvacibləri Kayseri klubu tərəfindən ödəniləcək.
 
Emre Taşdemir ötən mövsümün dövrələrarası fasiləsi zamanı "Bursaspor"dan ayrılaraq "Qalatasaray"a keçmişdi. O, İstanbul klubunun heyətində Super Liqada 13, Türkiye kubokunda 4 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest