AFFA Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının bu günə nəzərdə tutulan mətbuat konfransının bu qurumun təzyiqi ilə baş tutmamağı haqda xəbərlərə münasibət bildirilib. Matc.az xəbər verir ki,  assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bildirib ki, AFFA-nın tədbirin keçirilməsi nəzərdə tutulan “Altus” oteli ilə heç bir əlaqəsi yoxdu:

“Həmin otelin harada yerləşməsi haqda şəxsən mənim məlumatım yoxdu. Tədbir AFFA-nın icarəçiliyində olan hər hansı bir inzibati binada keçirilsəydi, AFFA ilə bağlı nəsə deyə bilərdilər. Ancaq hansısa bir oteldə tədbir baş tutmayıbsa, bunu otel rəhbərliyi ilə həll etsinlər. O otelin AFFA-ya heç bir aidiyyatı yoxdu” - deyə, Firuz Abdulla bildirib.

Həmkarlar İttifaqının sədri Nazim Süleymanov jurnalistlərə deyib ki, otellə əvvəlcədən razılıq əldə olunsa da, bu gün onlara texniki səbəblərlə əlaqədar tədbirin keçirilməsinin mümkün olmayacağı bildirilib. Lakin Süleymanov problemin yaranmasında AFFA-nın rolu olduğunu iddia edib. qol.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest