UEFA Millətlər Liqasının qrup mərhələsində son tur öncəsi geridə qalan oyunların statistik göstəriciləri açıqlanıb. Matç.az saytının məlumatına görə, ən çox ötürmə verən oyunçular arasında Azərbaycan millisinin üzvləri də var.

Yığmamızın oyunqurucusu Riçard Almeyda ötürmə sayında yalnız İspaniyanın kapitanı Serxio Ramosdan geri qalır. "Real"ın müdafiəçisi 433 ötürmə ilə yadda qalıbsa, Almeydada bu say 401-di. Siyahıda ilk "5-liy"i millimizin digər üzvü Qara Qarayev qapayır. "Qarabağ"ın dayaq yarımmüdafiəçisi 358 dəfə topu komanda yoldaşına göndərib. "Qəbələ"nin sabiq yarımmüdafiəçisi Nika Kvekveskiri isə Gürcüstan yığmasının heyətində 362 ötürmə ilə siyahıda 4-cü yerdə qərarlaşıb.

ümumiyyətlə, bəzi göstəricilərdə ispanlar hamını qabaqlayırlar. Məsələn, dəqiq ötürmə "buğalar"da 91%-di ki, bu baxımdan komanda əlçatmazdı. Luis Enrikenin yetirmələrinin aktivində həmçinin 12 qol var və komanda buna 4 matçda nail olub.

Qeyd edək ki, qrup mərhələsində son tura bu gün start veriləcək. Azərbaycan millisi son görüşünü noyabrın 20-də səfərdə Kosovoya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest