"Azərbaycana qayıtmağıma çox sevinirəm. Qısa zamanda bu ölkədə özümü evdəki kimi hiss etdim. Komandada əla oyunçular var və "Səbail"də debütumı səbirsizliklə gözləyirəm"

“Səbail”in yeni transferi Hendrik Ekşteyn paytaxt klubuna keçidi ilə bağlı danışıb. Matc.az xəbər verir ki, mövsümün ilk hissəsini “Sabah”da keçirmiş cənubi afrikalı yarımmüdafiəçi yeni klubunun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
“Səbail”ə qatıldığım üçün xoşbəxtəm. Komanda yoldaşlarım və texniki heyət məni əla qarşıladı. Həqiqətən də, komandaya fayda gətirmək üçün buraya gəlmişəm.
 
Azərbaycana qayıtmağıma çox sevinirəm. Qısa zamanda bu ölkədə özümü evdəki kimi hiss etdim. Komandada əla oyunçular var və "Səbail"də debütumı səbirsizliklə gözləyirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest