İspaniyalı baş məşqçi Rafael Benites yenidən “Nyukasl”ı çalışdıra bilər. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki,  Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd İbn Salmanın Premyer Liqa təmsilçisini satın almağa yaxındır. Klubun yeni rəhbərinin işə başladıqdan sonra Beniteslə çalışmaq istədiyi bildirilib.

İspaniyalı məşqçi hazırda karyerasını Çində davam etdirir. O, ötən ildən  “Dalian Yifan” komandasını çalışdırır.

Qeyd edək ki, Benites 2016-2019-cu illərdə “Nyukasl”ın baş məşqçisi olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest