Futbol üzrə İtaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub. 
 
“Milan” “Torino” ilə qarşılaşıb. Dramatik keçən matçda qalib əlavə yarım saatda müəyyənləşib. Milanlılar hətta məğlub duruma düşmələrinə baxmayaraq, məhz əlavə vaxtda vurduqları qollar sayəsində növbəti mərhələyə yüksəliblər.
 
Daha öncə “Napoli” və “Yuventus” yarımfinala yüksəlmişdi. 1/4 finalın son matçı “İnter”lə “Fiorentina” arasında baş tutacaq.
 
İtaliya kuboku
1/4 final mərhələsi
21 yanvar
 
Napoli – Latsio 1:0
Qol: İnsinye, 2.
 
22 yanvar
 
Yuventus – Roma 3:1
Qol: Ronaldo, 26. Bentankur, 38. Bonuççi, 45+2 – Buffon, 50-öz qapısına.
 
28 yanvar
 
Milan – Torino 4:2
Qol: Bonaventura, 12. H.Çalhanoğlu, 90+1; 106. İbrahimoviç, 108 – Bremer, 34: 71.
 
29 yanvar
 
23:45 İnter – Fiorentina

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest