"Azərbaycanla oyunda göstərdik ki, bu komanda gələcəkdə daha yaxşı futbol sərgiləyəcək. Azarkeşlər buna əmin ola bilərlər". Matç.az saytının məlumatına görə, bu sözləri Farer adaları yığmasının yarımmüdafiəçisi Hallur Hansson deyib.

Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olan "cırtdan" ölkə təmsilçisi Bakıdan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

Yerli mətbuata açıqlamasında görüşü dəyərləndirən 26 yaşlı futbolçu məğlubiyyətin səbəbini açıqlayıb: "Fikrimcə, pis təsir bağışlamadıq. Ancaq Azərbaycan millisi daha sürətli idi. Belə görüşlərdə rəqiblə mübarizə aparmaq üçün onlar kimi, texnikalı və sürətli oyunçulara malik olmalısan. Rəqib, xüsusən də, birinci hissədə bizi bütün komponentlərdə üstələdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest