05 Oktyabr 2018, 17:37
ÇEMPİONLAR LİQASI
çempionlar Liqasında II turun ən gözəl qolu bəlli olub. Matç.az saytı xəbər verir ki, turun qoluna İvan Rakitiç imza atıb.
Xorvatiyalı yarımmüdafiəçi bu topu "Barselona"nın səfər oyununda vurub. O, "Tottenhem"lə Londondakı görüşdə topu saxlamadan qüvvətli zərbə ilə Uqo Lorisin qapısından keçirib.
Qeyd edək ki, bu qolun vurulduğu matçda "Barselona" 4:2 hesabı ilə qalib gəlib.