“Düşünürəm ki, Harrinin özünəməxsus oyun üslubu var”. Matc.az xəbər verir ki, bunu İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel deyib. 
O, UEFA Millətlər Liqasının 5-ci turunda Xorvatiyaya qarşı keçiriləcək görüşdən əvvəl hücumçu Harri Keynin oyun üslubundan danışıb.
 
Tuxel Keynin özünəməxsus üslubu olduğunu bildirib və onu Lionel Messi ilə müqayisə edib:
 
“Messi “Barselona”da “doqquz nömrə” rolunu tamamilə yeni şəkildə, əsasən geriyə çəkilərək və müxtəlif istiqamətlərə hərəkət edərək icra edirdi. Messi daha çox həmin zonalardan sürətlənən driblinq ustasıdırsa, Harri daha çox ötürmələr verir və sonra həmin ötürmələrin ardınca sürətlənir. O, təkcə meydanın dərinliklərində deyil, həm də cərimə meydançasının daxilində və ətrafında fəaliyyət göstərir. Komanda yoldaşları istəyirlər ki, top cərimə meydançasında Harrinin ayağına düşsün və o, bir-iki toxunuşla zərbə endirə bilsin”.
 
Qeyd edək ki, qarşılaşma bu gün Londondakı “Uembli” stadionunda baş tutacaq. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest