Fransa millisinin və Madrid “Real”ının hücumçusu Kilian Mbappe zədələnib. Matc.az xəbər verir ki, futbolçu bu səbəbindən UEFA Millətlər Liqasının növbəti turunda İtaliya ilə keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcək.
 
26 yaşlı futbolçu bud əzələsində yaranan narahatlıq səbəbindən millinin qarşıdakı oyununu buraxacaq.
 
Mbappenin noyabrın 15-də Fransa yığmasının Türkiyə millisini qəbul edəcəyi qrup mərhələsinin son matçında meydana qayıtması gözlənilir.
 
Qeyd edək ki, Kilian Mbappe cari mövsümdə “Real”ın heyətində La Liqa və UEFA Çempionlar Liqasında ümumilikdə 16 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 17 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest