Mançester təmsilçisi artıq yeni baş məşqçi axtarışlarına başlayıb. Klubun əsas namizədi hazırda ABŞ millisini çalışdıran argentinalı mütəxəssis Maurisio Poçettinodur.

“Mançester Yunayted” baş məşqçi Maykl Karriklə yollarını ayırıb. Matc.az xəbər verir ki, klubun mətbuat xidməti 45 yaşlı ingilis mütəxəssisin vəzifəsindən ayrıldığını rəsmən açıqlayıb.

Karrik 2026-cı ilin yanvarından etibarən “qırmızı şeytanlar”ın müvəqqəti baş məşqçisi kimi fəaliyyət göstərib. O, ötən mövsümün sonunadək komandaya rəhbərlik edib və may ayında klubla üçillik yeni müqavilə imzalayıb.

Mançester təmsilçisi artıq yeni baş məşqçi axtarışlarına başlayıb. Klubun əsas namizədi hazırda ABŞ millisini çalışdıran argentinalı mütəxəssis Maurisio Poçettinodur.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 10 turdan sonra 8 xalla 18-ci pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest