"Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonqa təkliflər gəlməkdə davam edir. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, indi də "Real" gənc futbolçu üçün hollandların "qapısını döyüb".

"Kral klubu" qış fasiləsində 21 yaşlı oyunçunun keçidini reallaşdırmaq niyyətindədi. Madridlilər onu Luka Modriçə layiqli əvəzləyici hesab edirlər. Lakin "Real"a qədər "Barselona" və "Mançester Siti" də eyni istəklə Amsterdam klubuna müraciət edib.

Qeyd edək ki, Frenki de Yonq bu mövsüm Hollandiya çempionatında 10 oyun keçirib, 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest