Futbol üzrə İtaliya A Seriyasının 23-cü turu çərçivəsində "Milan" "İnter"ə 2:4 hesabı ilə məğlub olub.
 
Matc.az xəbər verir ki, "Milan"ın ikinci qolunun müəllifi isveçli hücumçusu Zlatan İbrahimoviç olub.
 
Bununla da, o, Milan derbisi tarixində fərqlənən ən yaşlı futbolçu olub. Zlatan bu uğura 38 yaş 129 günlüyündə nail olub. İbrahimoviç bu göstəricidə 38 yaş 43 günlüyündə Milan derbisində fərqlənən Nils Lidholmu geridə qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest