"Bavariya"nın yarımmüdafiəçisi Filipp Koutinyo karyerası ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, braziliyalı futbolçu “Liverpul”a dönməyi düşünmədiyini bildirib:

 "Liverpul” indi çox yaxşı çıxış edir və bu mənim üçün təəccüblü deyil. Biz bu komandanın gücünü keçən il Çempionlar Liqasını qazandıqdan əvvəl də görmüşdük. Təəccüblü deyil, çünki onların fantastik heyəti və güclü bir məşqçisi var. "Liverpul" üçün xoşbəxtəm, çünki bir çox dostum və keçmiş komanda yoldaşlarım orada oynayır. Ancaq geriyə baxmıram. Mən özümə fərqli bir yol seçdim və onu davam etdirməyə çalışıram. Qərarımdan peşman deyiləm”

Qeyd edək ki, "Barselona”ya məxsus futbolçu hazırda icarə əsasında  “Bavariya”da çıxış edir. Onun yenidən “Liverpul”a qayıdacağı yönündə söz-söhbətlər var idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest