“Son iki oyunda nə çatmadığını dəqiq deyə bilmərəm. Ancaq biz hər qarşılaşmaya qələbə üçün çıxırıq. “Keşlə” ilə görüşün ilk hissəsini yaxşı oynamadıq. İkinci hissədə özümüzə gəlsək də, gec oldu”.

Bu sözləri “Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov Matc.az-a verdiyi açıqlamasında deyib. O, daha sonra belə davam edib:

“Sabah”la qarşılaşmada birinci qolu biz vurduq. Ancaq təcrübəsizlikdən ard-arda iki qol buraxdıq və məğlub olduq. Hazırda komandada hər şey qaydasındadır. Yeni oyunçular da heyətə uyğunlaşmağa çalışırlar. İrəlidə daha yaxşı çıxışlarımız olacaq. Heyətimiz gənc olsa da, pis çıxış etmirik. Komandamız olduqca yaxşı oyun göstərir. Biz heyət olaraq heç kimdən zəif deyilik. Azərbaycan çempionatında hamı ilə mübarizə apara biləcək gücdəyik. Qarşıda “Səbail”lə oyun var. Bu görüşə 3 xal üçün çıxacağıq. Ancaq qələbə barəsində düşünürük. Qalib gəlsək, bir pillə yuxarı qalxırıq. Biz də bunun fərqindəyik. Heç bir futbolçu komandasının sonuncu yerdə getməsini istəməz”.

İsgəndərov komandaya yeni qoşulan çilili forvard Rodriqo Qattasla rəqabətə hazır olduğunu bildirib:

“Heyətə yeni qoşulan hücumçu ilə rəqabətə hazıram. Əsas odur ki, “Qəbələ” üçün xeyirli olsun, gücümüzə güc qatsın. Hər bir futbolçu əsas heyətdə oynamaq istəyir. Mən də gənc futbolçu kimi,  oyunumla irəli getmək niyyətindəyəm”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest