“İnter” Lautaro Martines üçün “Barselona”ya şərt qoyub. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliya təmsilçisi oyunçusuna qarşılıq Antuan Qrizmannı istəyir.

Məlumata görə, Martinez Messi ilə bir komandada çıxış etmək istəyir. O, daha öncə verdiyi açıqlamada “Braselona”da oynamağa müsbət yanaşmışdı. Ancaq Milan klubu futbolçunun əvəzinə Antuan Qrizmannı tələb edəcək. Tərəflər arasında danışıqların hansı nəticə ilə bitəcəyi maraqla gözlənilir.

Lautaro Martines bu mövsüm 16 qol vurub. Qrizmann isə “Barselona”da gözləntilərin uzağında qalıb. O, komandası ilə keçirdiyi 32 matçda cəmi 12 dəfə fərqlənib.

Qeyd edək ki, Kataloniya təmsilçisi Martines üçün "İnter"ə Koutinyonu təklif etmişdi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest