"Barselona"nın sabiq kapitanı Karles Puyol Lionel Messinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, əfsanəvi futbolçu Leonun komandadan ayrılacağını düşünmür:

"Biz hətta Messisiz "Barselona" haqqında danışmırıq. O, hazırda klubda oynamağa davam edir. Lionel ilə mümkün qədər çox qələbə qazanmalıyıq. İndi Messinin 32 yaşı var və özünə qulluq edir. Məncə, 38 yaşına qədər oynaya  bilər. Onun xüsusi bir futbolçu olduğunu bilirik. Hələ də rekordları qırmaqda davam edir"

Qeyd edək ki, Messi cari mövsüm "Barselona"da 27 matç keçirib və 19 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest