Madrid "Real"ı qışda transfer etdiyi Reynier Xesus Karvalyonu sabah rəsmən təqdim edəcək.
 
Matc.az xəbər verir ki, bu barədə İspaniya nəhənginin rəsmi saytı məlumat yayıb.
 
Braziliyalı gənc yarımmüdafiəçi "Flamenqo"dan transfer olunub. 18 yaşlı futbolçu La Liqa klubu ilə 6 illik müqaviləyə imza atıb.
 
"Real" bu transfer için 35 milyon avrosundan keçib. Gənc futbolçu hələlik "Real"ın əvəzedici komandası hesab olunan "Kastilya"da forma geyinəcək.
 
Qeyd edək ki, Reynier "Real"ın qışda heyətinə qatdığı yeganə futbolçudu. Madrid klubu bu transferi yanvarın sonunda açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest