Futbol üzrə Fransa çempionatında 26-cı tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
 
Turun açılış matçında “Nitsa” doğma azarkeşləri qarşısında “Brest”i qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
 
Lion “Olimpik”i isə “Mets” səfərinə yollanıb və inamlı qələbə qazanıb.
 
Fransa Liqa 1
26-cı tur
21 fevral
 
Nitsa – Brest 2:2
Qol: Unas, 23. Dolberq, 33 – Qrandsir, 45. Dante, 53-öz qapısına.
 
Mets – Olimpik (Lion) 0:2
Qol: Dembele, 45+7. Auar, 90+4.
 
22 fevral
 
20:30 Olimpik (Marsel) – Nant
23:00 Anje – Monpelye
23:00 Dijon – Monako
23:00 Lill – Tuluza
23:00 Strasburq – Amyen
 
23 fevral
 
18:00 Sent-Etyen – Reyms
20:00 Renn – Nim
00:00 PSJ – Bordo

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest