"Açığı, bu kluba keçməyim gözlənilməz oldu. Baş məşqçi iki-üç oyunumu izləyib və məni bəyənib. Sonra da menecer vasitəsi ilə mənə təklif verildi. Köhnə komandamla buranı müqayyisə etsəm, Estoniyada şərait daha yaxşıdır. Maliyyə cəhətdən də bura sərf edir”.

Bu sözləri matc.az saytına Estoniyanın “Trans Narva” klubuna transfer olunan Nurlan Novruzov deyib. O, daha sonra belə davam edib:

“Baş məşqçinin özünün məni bəyənməsi sevindiricidir. İlk dəfə idi ki, belə bir hal olurdu. Çünki məşqçinin səni bəyənməsi fərqlidir. Əgər özü istəyirsə, sənə etimad edir, güvənir. Deməli, forma şansı verəcək. Qərarımda bunun da təsiri oldu. Bundan öncə Azərbaycan klublarının biri ilə danışığımız olmuşdu. O zaman Moldova komandası ilə müqaviləm davam edirdi. Açığı, özüm də ölkəxaricinə getmək istəyirdim. Mənim üçün kənarda oynamaq daha yaxşıdır. Çünki artıq 26 yaşım var, bu il 27 olacaq. Avropa ölkəsində olmağın müsbət tərəfi odur ki, burdan daha yaxşı yerlərə gedə bilirsən. Mən qarşıma qoyduğum hədəflər üçün mübarizə aparıram. Mənim üçün futbol maaşdan ibarət deyil. Ona görə də ölkəxarici daha uyğun idi”.

Qeyd edək ki, Novruzov yeni klubu ilə bir illik müqavilə imzalayıb. O, daha öncə Moldovanın “Dinamo Avto” klubunda çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest