"Borussiya" baş məşqçi Niko Kovaç ilə əməkdaşlığı uzatdığını elan edib.

Matc.az xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi internet saytı məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında yeni müqavilə 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulub. 54 yaşlı mütəxəssislə bərabər, onun köməkçiləri Robert Kovaç və Filip Tapaloviç də Almaniya nəhəgində qalırlar.

Kovaç "Borussiya"ya 2025-ci ilin fevralından rəhbərlik edir. Komanda onun rəhbərliyi altında artıq 80 oyun keçirib (49 qələbə, 14 heç-heçə və 17 məğlubiyyət).

Qeyd edək ki, "Borussiya"ya "Sabah"ın Çempionlar Liqasındakı rəqiblərindən biridir. Oktyabrın 20-də Almaniyanın klubu Bakıda təmsilçimizlə üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest