"Yuventus" un baş məşqçisi Mauritsio Sarri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında "Lion"a məğlub olduqları (0:1) oyunu şərh edib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının çıxışından narazı qalıb:

"İlk 45 dəqiqəni çox yavaş oynadıq. İkinci hissədə hər şey daha yaxşıdı idi. Ancaq Çempionlar Liqasında sərfəli nəticə qazanmaq üçün bir hissə bəs etmir. Onlara sürətli oynamalı olduğumuzu çatdıra bilmirəm. Bütün problem burdan başlayır. Halbuki məşqlərdə daha sürətli hərəkət edirik. Hücumda aqressivlik  yox idi. Açığı, performansımız Çempionlar Liqası səviyyəsinə uyğun gəlmədi. Futbolçulara sona qədər çox yavaş olduqlarını bildirdim. Son vaxtlar meydanda məşqdə çalışdıqlarımızın əksini edirik”.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest