"Burada yaxşı oyun yetərli deyil, mütləq qalib gəlməliyik".

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Lixtenşteynlə qarşılaşmadan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Matc.az xəbər verir ki, mətbuat konfransında iştirak edən 34 yaşlı yarımmüdafiəçi qarşıdakı oyun barədə fikirlərini bölüşüb.

"Sabah bizim üçün vacib oyun olacaq. Mütləq qalib gəlməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik" – deyə kapitan bildirib.

"Rəqib zəifdir, qələbə qazanmağa məcburuq deyə komandada gərginlik var?" sualına təcrübəli futbolçunun cavabı belə olub:

"Gərginlik yox, məsuliyyət var. Hamı bilir ki, qalib gəlməliyik. Əvvəlki rəqiblərə baxanda, məsələn Fransa ilə matçda bizdən qələbə yox, yaxşı oyun gözləyirdilər. Burada isə yaxşı oyun yetərli deyil, mütləq qalib gəlməliyik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest