27 Fevral 2020, 23:25
TOP OYUNLARI
Voleybol üzrə Azərbaycan Super Liqasında və Yüksək Liqasında II dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.
Matc.az xəbər verir ki, ölkə çempionatının növbəti matçları fevralın 28-də təşkil olunacaq.
Kişi voleybolçular arasında keçirilən Yüksək Liqa çərçivəsində iki qarşılaşma oynanılacaq. öncə saat 14:00-da "Azərreyl"lə MOİK üz-üzə gələcək. Bu matçdan 2 saat sonra "Express" - "Sərhədçi" oyununun start fiti veriləcək. Hər iki matç "Sərhədçi" Olimpiya İdman Mərkəzində təşkil olunacaq.
Super Liqada isə "Murov"la UNEC qüvvəsini sınayaq. Günün yeganə qarşılaşması saat 17:00-da Dərnəgül Voleybol Mərkəzində olacaq.