Bir il əvvəl bu gün “Qarabağ”la son oyunumu oynamışam. O vaxtdan bəri heç nə dəyişmədi. Mən səni sevirəm, Qarabağ”

“Qarabağ”ın sabiq müdafiəçisi Ansi Aqolli “İnstaqram” səhifəsindəki paylaşımında keçmiş komandasına növbəti dəfə sadiqliyini nümayiş etdirib.
 
Matc.az xəbər verir ki, alban müdafiəçi Ağdam klubundan getməsinin 1 illiyi münasibəti ilə Azərbaycan dilində bunları yazıb:
 
“Bir il əvvəl bu gün “Qarabağ”la son oyunumu oynamışam. O vaxtdan bəri heç nə dəyişmədi. Mən səni sevirəm, Qarabağ”.
 
Qeyd edək ki, Ansi bu mesajı hazırda karyerasını davam etdirdiyi ABŞ-dan yazsa da, paylaşım yeri kimi Ağdam şəhərini qeyd edib.
 
Xatırladaq ki, Aqollinin “Qarabağ”da son oyunu bir il əvvl Premyer Liqada “Səbail”ə qarşı səfər matçında olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest