Ezekiel Qarayın ardından "Valensiya"nın daha bir futbolçusu özünün koronavirusa yoluxduğunu açıqlayıb. Matc.az xəbər verir ki, söhbət Elyakim Manqaladan gedir.
 
La Liqa təmsilçisinin üzvlərindən ilk olaraq Qaray "İnstaqram" hesabından koronavirusa yoluxduğunu açıqlamış, ardından klub rəsmi saytı vasitəsilə komanda üzvlərindən və texniki heyətdən bütövlükdə 5 nəfərin belə bir aqibətlə üzləşdiyini bəyan etmişdi. Amma həmin şəxslərin adları açıqlanmamışdı.
 
Xəstəliyə tutulan futbolçulardan digəri isə Manqaladı. O da koronavirus testinin müsbət çıxmasını sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb: "Bu gün koronavirusa yaxalandığımı öyrəndim. özümü yaxşı hiss edirəm. Simptomların heç biri məndə yoxdu. Amma simptomları görmədən də bu xəstəliyi daşıya biləcəyimizi öyrəndim. Buna görə də təmasdan çəkinin. özümü evdə karantinə almışam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest