Əfsanəvi braziliyalı oyunçu Pele öz dövrünü müsair futbolu ilə müqayisə edib.

Matc.az xəbər verir ki, o, həmin dönəmin daha yaxşı olduğunu bildirib:

"Bu gün futbolçu olmaq daha çətindir. Mənim vaxtımda rahat çıxış edirdik. Meydanda topu saxlamağa, onunla işləməyə vaxt olurdu. İndi belə deyil. Oyunçular meydanda yalnız qaçır və mübarizə aparırlar. Futbola pul ödəyənlər müdafiə oyunu görmək istəmirlər. Biz indiki vaxtdan daha möhtəşəm oynamışıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest