İngiltərənin "Portsmut" klubunun daha iki futbolçusu koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəstəliyə yoluxanların sırasına Haci Mnoqa və Ross Makkrori də qoşulub. Onlardan götürülən teslərin nəticəsi pozitib çıxıb.
 
Xatırladaq ki, "Portsmut"da daha öncə Ceyms Bolton, Endi Kannon və Sin Raqqettdən götürülən testlərin də nəticəsi müsbət olmuşdu. Hazırda özlərini yaxşı hiss edən oyunçuların müalicəsi davam edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest