İngiltərə Premyer Liqasında çıxış edən 8 klub "Mançester Siti"nin Çempionlar Liqasına buraxılmamasını tələb edib. Matc.az xəbər verir ki, bu barədə "Daily Mail"  nəşri məlumat yayıb.

Bildirilir ki, komandalar bununla bağlı  İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. Həmin klublar "Liverpul", "Lester", "Çelsi", "Mançester Yunayted", "Vulverhempton", "Arsenal", "Tottenhem" və "Börnli"dir. Bu komandalar "şəhərlilər"in qayda pozuntusuna yol verdiyini və haqqsız rəqabət apardığını iddia ediblər.

Qeyd edək ki, UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə  Arbitraj Palatası fevralın 14-də "Mançester Siti"nin qarşıdakı iki mövsümdə avrokuboklarda iştirakdan kənarlaşdırılmasına qərar verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest