Koronavirusun ən geniş yayıldığı ölkələrdən biri olan İtaliyada pandemiyaya qarşı mübarizədə klublar da fəallıq nümayiş etdirirlər.
 
Matc.az xəbər verir ki, "Milan" da bir müddət öncə koronavirusla mübarizəyə dəstək məqsədilə kampaniyaya start vermişdi.
 
A Seriyası nəhəngi hədəflətinin 500 min avro toplamaq olduğunu açıqlamışdı. Klubun son yaydığı məlumata görə, artıq hədəfə çatıblar və fonda 500 min avro bağışlanıb. Lakin bu məbləğin daha da artırılması üçün də çalışmaların davam etdiriləcəyi bəyan olunub.
 
Klub bu hədəfə çatmaqda onlara yardımçı olan hər kəsə minnətdarlığını bildirib: "Koronavirusa qalib gəlmək üçün ön cəbhədə mübarizə aparanlara dəstək olmağa davam edəcəyik. Toplanan 500 min avroya tibbi ləvazimatlar alınacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest