Qadın futbolçulardan ibarət İngiltərə milli komandasının baş məşqçisi Fil Nevill vəzifəsindən ayrılacaq.
 
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb. Xəbərdə, Nevillin ayrılığının bu gün rəsmən açıqlanacağı bildirilir.
 
Nevill, 2018-ci ilin yanvarından İngiltərə milli komandasında baş məşqçilik edirdi. Onun rəhbərlik etdiyi yığma 2019-cu ildə keçirilən dünya çempionatında 4-cü olmuşdu.
 
Fİi Nevill futbolçu karyerasında "Mançester Yunayted" və "Everton"da çıxış edib. Keçmiş müdafiəçi məşqçi kimi isə daha əvvəl "Mançester Yunayted" və "Valensiya"da çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest