İngiltərənin “Tottenhem” klubunun qapıçısı Huqo Loris 2018/19 mövsümündə UEFA Çempionlar Liqasının finalında geyindiyi əlcəyini satışa çıxarıb.
 
Matc.az xəbər verir ki, auksionda satılacaq həmin əlcəyin ilkin qiyməti 850 avro göstərilib.
 
Fransalı qolkiper qazanılacaq gəlirin koronavirusla mübarizə aparan səhiyyə işçilərinə veriləcəyini açıqlayıb.
 
Xatırladaq ki, sözügedən mövsümdə “Tottenhem” finalda “Liverpul”la qarşılaşmış və 0:2 hesabıyla məğlub olmuşdu.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest