Koronavirus pandemiyası səbəbiylə dayandırılan İtaliya A Seriyası klublarının məşqlərə başlayacağı vaxt məlum olub.
 
Matc.az "La Repubblica"ya istinadən xəbər verir ki, ölkənin baş naziri Cüzeppe Konte mayın 4-dən karantin rejiminin şərtlərinin yumşaldılacağını bildirib.
 
Sözügedən tarixdən etibarən futbolçular fərdi məşqlərə başlaya biləcəklər. Mayın 18-dən isə komanda məşqlərinə icazə veriləcək.
 
Bundan başqa, 2021-ci ilin yanvarınadək oyunlar azarkeşsiz keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest