Almaniya Bundesliqa III-də XI turun oyunları davam edir. Matç.az saytının məlumatına görə, yenidən Azərbaycan millisinə dəvət alan Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" növbəti görüşünə çıxıb.

 

Münster təmsilçisi turnir cədvəlində qonşusu olan "Unterhahinq"in qonağı olub. Erkən topla hesabda geri düşən "Proyssen" sona yaxın Fabian Meniqin qolu ilə status-kvonu bərpa edib – 1:1. Qarşılaşma bu hesabla da başa çatıb. çempionatın bombardiri olan Dadaşov meydana start heyətində daxil olub və 90 dəqiqəni əvəz edilmədən keçirib.

 

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "Proyssen" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest