Niderlandlı sabiq futbolçu Uesli Sneyder məşqçiliyə başlayır. Matc.az "Fanatik"ə istinadən xəbər verir ki, o, "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin köməkçisi təyin edilə bilər.

Hasan Şaşın həmin vəzifədən ayrılmasının ardından İstanbul təmsilçisi sabiq futbolçularından birini komandaya gətirmək niyyətindədir. Siyahıda Sneyderlə yanaşı, vaxtı ilə "Qalatasaray"da çıxış etmiş Mario Jardel və Yohan Elmanderin də adı var. Son qərarın baş məşqçi də olduğu bildirilir.

Qeyd edək ki, Uesli 2013-17-ci illərdə "sarı-qırmızılar"da oynayıb. O, komandada çıxış etdiyi 175 oyunda 45 qol vurub, 44 assist edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest