Fransanın “Nant” klubu heyətini yeni futbolçuyla gücləndirib.
 
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Brest”dən Jan-Şarl Kastellettonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
Kastelletto iyulun 1-dən “Nant”ın sıralarına qoşulacaq. Müdafiəçi Kamerun milli komandasının da üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest