Rusiyanın "Lokomotiv" klubunun 4 futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Futbolçular, məşqçilər və klub işçiləri bu gün koronavirus testindən keçib. Testlərdə 4 futbolçunun – Dmitri Barinov, Anton Koçenkov, Timur Süleymanov və Roman Tuqarevin nəticəsi pozitiv çıxıb.
 
Adı çəkilən futbolçularda xəstəliyin simptomlarının müşahidə olunmadığı və özlərini yaxşı hiss etdiyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest