Premyer Liqa rəhbərliyindən verilən açıqlamada fanatların oyunları TV-dən izləməsi və mövsüm bərpa olduqdan sonra mərhələli şəkildə hər şeyin normala dönməsinə çalışılacağı qeyd edilib.

Premyer Liqanın bərpa olunma tarixi ilə bağlı qərar qəbul edilib. Matc.az xəbər verir ki, mövsüm iyunun 17-də başlayacaq.

Məlumata görə, klublardan təhlükəsizlik tədbirlərinə riayət olunması tələb edilib. çempionat 28-ci turdan təxirə salınan "Mançester Siti" – "Arsenal" və "Aston Villa" – "Şeffild Yunayted" görüşləri ilə start götürəcək. 30-cu tur iyunun 19-da başlayacaq. Oyunların həftəsonu və azarkeşsiz keçiriləcəyi bildirilir.

Premyer Liqa rəhbərliyindən verilən açıqlamada fanatların oyunları TV-dən izləməsi və mövsüm bərpa olduqdan sonra mərhələli şəkildə hər şeyin normala dönməsinə çalışılacağı qeyd edilib.

.              

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest