"Barselona" rəhbərliyi maaşların azaldılması tələbi ilə futbolçulara müraciət edib. Matc.az xəbər verir ki, klub prezidenti Xosep Bartomeu oyunçulardan rədd cavabı alıb.

Komanda üzvləri ikinci dəfə maaşlarının azaldılmasına qarşı çıxıblar. Səbəb kimi La Liqanın gələn həftə bərpa olunacağını göstəriblər.

Qeyd edək ki, "Barselona"da daha öncə maaşların 70 faiz azaldıldığı bəlli olub. Martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest