Komanda liderlər qrupundan uzaq düşdüyü üçün rəhbərlik Uruqvay millisinin və "Yuventus"un sabiq müdafiəçisi ilə vidalaşıb. 9 il formasını geyindiyi "Yuventus" əfsanəsinin gedişindən sonra boş qalan posta ən real namizəd Bordindir

"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, onun C seriyasında mübarizə aparan "Sambenedetteze" klubunun başına keçməsi ehtimal olunur.
 
Komanda liderlər qrupundan uzaq düşdüyü üçün rəhbərlik Uruqvay millisinin və "Yuventus"un sabiq müdafiəçisi ilə vidalaşıb. 9 il formasını geyindiyi "Yuventus" əfsanəsinin gedişindən sonra boş qalan posta ən real namizəd Bordindir. İtaliyalı mütəxəssislə  danışıqların davam etdirildiyi bildirilib.
 
Qeyd edək ki, Roberto Bordin 2018-ci ildən bu ilin əvvəlinə qədər "Neftçi"ni çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest